Koreya yarımadasında partlayış və atəş səsləri eşidildi

Şimali Koreya ölkəni Cənubi Koreya ilə birləşdirən bəzi yolları partladıb.

Metbuat.az xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı məlumat yayıb. Açıqlamada deyilir ki, Şimali Koreya ordusu Gyeongui və Donghae yollarının bir hissəsini partladıb. Məlumatda deyilir ki, Cənubi Koreya ordusu Demilitarizasiya Bölgəsi daxilində yerləşən Hərbi Demarkasiya Xəttinin cənubundan xəbərdarlıq atəşi açaraq partlayışlara cavab verib.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In sərhəddə iki ölkə arasında bütün kommunikasiyaların dayandırılması, o cümlədən Gyeongui magistralının bağlanması üçün tədbirlərin görülməsinə göstəriş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı