Azərbaycanın U-21 millisi İngiltərəyə məğlub oldu

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində İngiltərəyə məğlub olub.

Metbuat.az xəbər verir ki, tsiklin son matçını səfərdə keçirən Samir Əliyevin rəhbərlik etdiyi kollektiv rəqibinə 0:7 hesabı ilə uduzub.

Qarşılaşma Bristol şəhərindəki "Eşton Qeyt" stadionunda baş tutub.

Qeyd edək ki, Azərbaycan millisi turnir cədvəlini 3 xalla sonuncu pillədə başa vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR