Mourinyo futbol tarixinin ən yaxşı oyunçusunu açıqladı

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun Messi, Ronaldo və Mbappe barədə verdiyi açıqlamalar diqqət çəkib.

Metbuat.az xəbər verir ki, o, "Sportbible" nəşrinə açıqlamasında öz məşqçilik karyerasından məmnun olduğunu ifadə edib. O deyib:

"Karyeramdan çox peşman deyiləm, amma bəzi fenomenal oyunçular var ki, onlara məşqçilik edə bilmədim. Məsələn, mən heç vaxt Messini çalışdıra bilməzdim. Amma heç kim ona məşqçilik edə bilməz. Ona nələrisə öyrətməyi düşünmək cəfəngiyyatdır. Çünki, onsuz da hər şeyi çox gözəl bilir”.

Mourinyo bildirib ki, Mbappe hazırda dünyanın ən yaxşı oyunçusu olmasa da, transfer dəyəri yaxşıdır. Həmçinin, Mourinyo futbol tarixinin ən yaxşı üç oyunçusu olaraq Pele, Maradona və Messini seçib. O, keçmiş futbolçusu Kriştiano Ronaldonun adını çəkməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR