"Fənərbaxça" topa sahiblik baxımından son illərin ən pis mövsümünü yaşayır.
Metbuat.az xəbər verir ki, "Fənərbaxça"nın 2-2 bərabərə qaldığı "Samsunspor"la matçda topa sahib olma faizi 44 olub.
Cari sezon boyunca da "Fənərbaxça" topla oynama göstəricilərinə görə əvvəlki illərdən çox geridədir. Bu mövsümdə ortalama 50.8 faizlik topa sahib olma ilə son 8 sezonun ən zəif statistikasına sahibdir.
Qeyd edək ki, əvvəlki illərdə bu göstəricilər aşağıdakı kimi idi:
%50.8 – 2024/25 sezonu
%53.5 – 2016/17 sezonu
%55.1 – 2018/19 sezonu
%55.2 – 2020/21 sezonu
%55.5 – 2021/22 sezonu