“WhatsApp​"da paylaşımlarla bağlı yenilik - Daha rəngarəng olacaq

Meta, istifadəçilərin emosional vəziyyətlərini daha asan əks etdirə bilmələri üçün “WhatsApp"da hekayələrə musiqi əlavə etmə funksiyasını istifadəyə verir.

Metbuat.az xəbər verir ki, Meta, “Instagram”da artıq mövcud olan hekayələrə musiqi əlavə etmə xüsusiyyətini “WhatsApp”a da gətirəcək. Məlumata görə, şirkət funksiyanın üzərində işləyir. Hələlik yeni funksiya sınaq kimi də istifadəyə verilməyib. Bildirilir ki, funksiya “Instagram”da olduğu kimi olacaq. Məlumata görə, hekayələrə musiqi əlavə etmə funksiyası onların izlənməsini də rəngarəng edir.

“Instagram”da geniş istifadə edilən funksiyanın “WhatsApp”da da maraqla qarşılanacağı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR