Ukrayna yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev Azərbaycan klublarından təklif alıb.
ANS PRESS-in məlumatına görə, Rusiyanın 1-ci dəstə təmsilçisi "Anji"dən qarşılıqlı razılıq əsasında ayrılan təcrübəli futbolçunun agenti Kamil Məmmədov vidalaşmağın səbəbini müştərisinin az oyun şansı qazanması ilə əlaqələndirib.
Ukraynanın segodnya.ua portalına danışan Məmmədov yarımmüdafiəçiyə 2 türk klubunun, habelə Azərbaycan təmsilçilərinin maraq göstərdiyini bildirib:
"Aleksandr iki türk klubunun maraq dairəsindədi. Yaxın 2 gündə hər şeyə aydınlıq gələcək. Azərbaycan? Bu ölkənin klubları müştərimə maraq göstərirdilər. Lakin bu haqda danışmağa ehtiyac yoxdu". Mənbə
ANS PRESS