Endrik "Real Madrid"də oynamaq şansı tapmaqda çətinlik çəkdiyi üçün Dünya Kubokunun seçmə mərhələsində Braziliya yığmasının heyətindən kənarda qalıb.
Metbuat.az xəbər verir ki, Braziliya millisinin baş məşqçisi Dorival Venesuela və Uruqvaya qarşı Dünya Çempionatının seçmə mərhələsi üçün heyətini açıqlayıb, lakin istedadlı futbolçu Endrik heyətə daxil etməyib. Məlumata görə, futbolçu “Real Madrid”in son 4 matçının heç birində meydana çıxmadığı üçün məşqçi onu yığmaya çağırmayıb. Bildirilir ki, Endrik 2023-cü ildə milli komandada debüt etdiyindən bəri ilk dəfə Braziliyanın heyətindən kənarda qalır. Dorival Braziliya millisində oynamaq istəyən futbolçuların öz klublarında oynamalı olduğunu irəli sürüb.
Baş məşqçinin sözlərinə görə, Endrikin istedadına güvənsə də, o millidə oynaya bilmək üçün klubunda oynamalıdır.