Putin və Tramp telefonda danışmayıb - Kreml iddiaları rədd etdi

Kreml sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampla telefon danışığı aparmadığını ifadə edib.

Metbuat.az xəbər verir ki, o, tərəflər arasında telefon danışığının gündəmdə olmadığını bəyan edib. Peskov, "The Washington Post"un "ABŞ-ın yeni seçilmiş prezidenti Trampın Putinlə telefon danışığı olub və Rusiya-Ukrayna müharibəsində gərginliyi azaltmağa çağırıb" xəbərini təkzib edib.Peskovun sözlərinə görə, bu məlumat fakta əsaslanmır və uydurmadır. “Putin Trampa zəng etməyi planlaşdırırmı?” sualına Peskov, “Bununla bağlı heç bir plan yoxdur” cavabını verib.

Putinin Qərb liderləri ilə əlaqə saxlamağı planlaşdırmadığını deyən Peskov, bu mövzuda heç bir mesaj almadıqlarını, lakin buna açıq olduqlarını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı