Bakıda qadın heykəli buna görə sökülübmüş - FOTO

Xəbər verdiyimiz kimi, Bakıda tanınmış italiyalı heykəltaraş Lorenso Kuinnin “Təbiətin gücü” (Force of Nature) adlı heykəli sökülüb. Sözügedən heykəllə bağlı yerli mətbuat və sosial şəbəkələrin Azərbaycan seqmentində çox sayda qınaq və tənqid səsləndirildi. Heykəlin niyə söküldüyü isə müəyyən suallar yaradır.

Bəzi vətəndaşlar müsəlman ölkəsində belə heykəlin qoyulmasının doğru olmadığını qeyd ediblər.

Metbuat.az xəbər verir ki, globalinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, heykəlin qaldırılması “müsəlman ölkəsi” anlayışı ilə əlaqəli deyil:

“Bu, absurd yanaşmadır. Heykəlin həmin yerdə qoyulması estetik baxımdan düzgün deyildi. Onu hansısa qapalı salonda sərgiləmək daha doğru olardı. Bizdə sərgilərdə çılpaq qadın rəsmləri də sərgilənir. O baxımdan yerinin dəyişdirilməsi məqsədəuyğun sayılır.

Azərbaycan müsəlman ölkəsi deyil, dünyəvi dövlətdir. Çoxluq müsəlmanlığı qəbul etdiyi üçün Azərbaycanı müsəlman ölkə kimi təqdim etməyin özü də hüquqi-terminoloji olaraq doğru deyil. Ölkə şəriət qanunları ilə yox, konstitusiya, modern hüququn qanunları ilə idarə olunur. Bu terminlər qarışdırılmamalıdır”.

Heykəlin sərgiləndiyi Heydər Əliyev Mərkəzindən verilən rəsmi məlumata görə, sözügedən heykəlin ölkəmizdə 1 həftə müddətində sərgilənməsi nəzərdə tutulmuşdu. Həmin müddət tamamlandığından başqa ölkyə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı