"Qarabağ"ın "Lion"la matçını o idarə edəcək

Bakıda "Qarabağ" və Fransanın "Lion" komandaları arasında keçiriləcək UEFA Avropa Liqası matçının təyinatları müəyyənləşib.

Metbuat.az xəbər verir ki, qarşılaşma Serbiyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Nenad Minakoviç idarə edəcək.

Baş hakimin köməkçiləri Nikola Boroviç və Boşko Bojoviç olacaq. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.

VAR-da Momçilo Markoviç, AVAR-da Novak Simoviç əyləşəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı