“Whatsapp”ın ən çox istifadə edilən funksiyası ​“Instagram”a gəldi

“Instagram”da yenilik edilib.

Metbuat.az xəbər verir ki, “Instagram”da məkan paylaşımı və qrup söhbətlərində fərdi ləqəb seçimi bəzi ölkələrdə istifadəyə verilib. Məkan paylaşımı “Whatsapp”da olduğu kimidir. Məkan paylaşma seçimi bir saatla məhdudlaşır və vaxt bitdikdə avtomatik olaraq bitir. Məlumatda “Instagram” və “WhatsApp”ın Meta şirkətinə məxsus olduğu xatırladılıb və funksiyanın eyni tərzdə işlədiyi diqqətə çatdırılıb. Bildirilir ki, tətbiq, məkan paylaşımının nə vaxt başladığı və bitdiyi barədə bildiriş təqdim etməklə istifadəçiləri məlumatlandırır.

“Instaqram”da digər dəyişiklik qrup çatlarındadır. İstifadəçilər artıq qrup çatlarında bir-birlərinə xüsusi ləqəblər verə və mesajlarında yeni stiker paketlərindən istifadə edə biləcəklər. Məkan göndərmə və qrup söhbətlərində yeni seçim funksiyası hazırda məhdud ölkələrdə əlçatandır. Bütün dünyada funksiyaları aktiv etmək üçün işlər davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı