​İspaniyalı deputat Fələstinə dəstək üçün aclıq aksiyasına başladı

İspaniyalı deputat Xorxe Pueyo Fələstinə dəstək üçün aclıq aksiyasına başlayıb.

Metbuat.az xəbər verir ki, parlamentdə keçirdiyi mətbuat konfransında Pueyo İspaniyanın Araqon muxtar bölgəsində Araqon Fələstin Evi və Qüds Dərnəyinin başlatdığı aclıq aksiyasını dəstəklədiyini açıqlayıb. O, özü də 3 gün aclıq aksiyası keçirəcəyini bildirib.

“Həyatda və siyasətdə sözlərin kifayət etmədiyi və nümunə göstərməyin vacib olduğu vaxtlar olur” deyən ispaniyalı deputat, Fələstinə dəstək məqsədilə başlatdığı aclıq aksiyasını 3 gün davam etdirəcəyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı