Mərkəzi Bankdan manatla bağlı mühüm açıqlama

Bu ilin noyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,59 bənd təşkil edib.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,13 bənd (3,7%) çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,03 bənd (0,83%) azdır.

Belə ki, bu ilin sentyabrın 1-də manatın dövretmə sürəti 3,46 bənd, ötən ilin noyabrın 1-nə isə 3,62 bənd təşkil etmişdi.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR