Çempionlar Liqasında ilk 11-də başladığı "Liverpul" - “Real Madrid” matçından sonra yenidən ehtiyat oyunçular skamyasında qalan Arda Güler ehtiyatda qalmaq istəmir.
Metbuat.az xəbər verir ki, Ardanın “Real Madrid” rəhbərliyinə diqqətçəkən təklif irəli sürdüyü bildirilib. Məlumata görə, mövsümün fasiləsinə qədər baş məşqçinin Arda ilə bağlı mövqeyi dəyişməsə, futbolçunun icarə əsasında ayrılmaq istədiyi iddia edilib. Bildirilib ki, Arda Güler Karlo Ançelottidən oyun vaxtı əldə edə bilmədiyi üçün yeni mövsümə qədər oynaya biləcəyi komandaya keçməyi təklif edib. İspaniya mətbuatında yer alan xəbərlərdə Arda Gülərin yeni mövsümün əvvəlində yeni məşqçi ilə komandaya qayıtmaq istədiyi bildirilib. Arda Gülerin mövsümün sonuna qədər İspaniyada qalmağa üstünlük verəcəyi və “Real Sosyedad”ın futbolçunun təcrübə əldə etməsi üçün uyğun ünvan olacağı bildirilib.
Qeyd edək ki, baş məşqçi Karlo Ançelottinin mövsümün sonunda “Real”dan ayrılacağı irəli sürülür.