Filippin Çinin qəsdən ölkənin gəmisini vurmasından sonra Cənubi Çin dənizində ABŞ və Yaponiya ilə birgə təlim keçirib.
Metbuat.az xəbər verir ki, bu barədə Filippin ordusu açıqlama verib. Açıqlamada Cənubi Çin dənizindəki iqtisadi bölgədə ABŞ və Yaponiya ilə birlikdə dəniz manevri təşkil edildiyi ifadə edilib. Təlimdə Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi və Yaponiya Hərbi Dəniz Qüvvələrinin C -90 tipli kiçik təyyarəsi və gəmisi iştirak edib. Filippin Silahlı Qüvvələri və ABŞ-ın Hind-Sakit Okean Komandanlığının məlumatına görə, təlim beynəlxalq hüquq normalarına uyğun olaraq, naviqasiya təhlükəsizliyi, digər dövlətlərin hüquq və maraqları nəzərə alınmaqla həyata keçirilib.
Qeyd edək ki, Filippin Sahil Mühafizəsinin açıqlamasına görə, mübahisəli “Scarborough Reef” ətrafında patrul həyata keçirərkən Filippin gəmiləri Çin gəmilərinin təzyiqinə məruz qalıb. Bildirilib ki, Çinin sahil mühafizə gəmisi Filippin Balıqçılıq və Su Ehtiyatları Bürosuna məxsus gəmiyə təzyiqli su səpib, sonra isə qəsdən onu yan tərəfdən vurub.