Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Metbuat.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.63 ABŞ dolları və ya 0.83% artaraq 76,54 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 75,91 dollar təşkil edib.