ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Türkiyə və Suriya ilə bağlı açıqlamalar verib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Donald Tramp Florida ştatındakı Mar-a-Laqo malikanəsində keçirdiyi mətbuat konfransında Suriya məsələsindən və Türkiyənin rolundan danışıb.
Tramp ABŞ əsgərlərinin bölgədən çıxarılmasına görə aldığı tənqidlərə cavab verib, bu addımın çox sayda insanın həyatını xilas etdiyini vurğulayıb. O, Türkiyənin bölgədə böyük güc olduğunu və Prezident Rəcəb Tayyib Ərdoğanın güclü ordu qurduğunu bildirib.
"Suriya məsələsində bölgədəki əsas güc Türkiyədir. Ərdoğan çox güclü və ağıllı bir liderdir. Türkiyə bunu min illərdir istəyirdi və indi oldu. Mən sərhəddəki 5 min əsgərimizi çıxardım və buna görə çox tənqid edildim. Amma bu addım çox sayda həyat xilas etdi. Hazırda bölgədə cəmi 900 əsgərimiz var. Türkiyənin ordusu güclüdür və müharibələrdən yorulmayıb. Ərdoğan bu gücü inşa etməyi bacarıb".