Yeni Dehlidə vətəndaşlara evdən çıxmamaq barədə xəbərdarlıq edildi

Hindistanın paytaxt Yeni Dehlidə havanın çirklənməsi səbəbindən vətəndaşlara evdən çıxmamaq barədə xəbərdarlıq edilib.

Metbuat.az xəbər ki, sakinlərə vacib olmadıqda çölə çıxmamaq tövsiyə edilib. Məlumata görə, paytaxt Yeni Dehlidə Hava Keyfiyyəti İndeksi "təhlükəli" hədd kimi təyin olunan 300 həddini keçərək 581-ə yüksəlib. Yerli dairələr bildirib ki, vətəndaşlar havanın çirklənməsi səbəbindən nəfəs almaqda çətinlik çəkə, göz və boğazda qaşınma kimi şikayətlərlə qarşılaşa bilər. İnsanlara qapalı yerlərdə qalmaq tövsiyə edilib. Yerli dairələr çölə çıxmalı olan vətəndaşlara maska taxmağı tövsiyə ediblər.

Qeyd edək ki, Yeni Dehli dünyanın havası ən çirkli olan paytaxtlarından hesab edilir. Yeni Dehli və ətraf ştatlar odun, kömür və ya küləşin yanması və aşağı külək səbəbindən yüksək səviyyəli hava çirkliliyi ilə üzləşir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı