​Vardanyanın işini onlar ARAŞDIRACAQ

Çoxsaylı xüsusilə ağır cinayətlərin törədilməsində ittiham edilən Vardanyan Ruben Karlenoviçin cinayət işi məhkəmə icraatına götürülüb.

Metbuat.az qafqazinfo-ya istinadla xəbər verir ki, iş Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılacaq.

Onunla eyni tərkibdə hakimlər Camal Ramazanov və Anar Rzayev yer alır.

İlk iclasın vaxtı açıqlanmayıb.

Zeynal Ağayev Bakı Hərbi Hərbi Məhkəməsinin sədridir. Arayik Hartunyan və onunla birgə ittiham edilən digər hərbi cinayətkarlar da təcrübəli hakim Zeynal Ağayevin sədrliyi ilə mühakimə ediləcək.

Qeyd edək ki, Vardanyan Ruben Karlenoviç barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. O, terrorçuluğu maliyyələşdirməkdə, sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə və digər xüsusilə ağır cinayətlərdə təqsirləndirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı