Bakıda ödənişli xidmətlərin dəyəri artıb

2024-cü ilin yanvar-noyabr aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6 940,3 milyon manat təşkil edib.

Metbuat.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,2 faiz çoxdur.

Qeyd olunub ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6 643,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 95,7 faizini təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı