“Kan” azarkeşləri baş məşqçi Nikolas Seubenin qovulmasından sonra klubun yeni sahibi Kilian Mbappeyə etiraz ediblər.
Metbuat.az xəbər verir ki, azarkeşləri Liqa 2-də “Clermont Foot” ilə matçda klubun yeni sahibi Kilian Mbappeyə qarşı pankart açıblar. Mbappeni hədəfə alan azarkeşlər, "Burada yalnız işləmək və sədaqət fərq yaradır" və "Mbappe, bu komanda sənin oyuncağın deyil" yazılı pankartlarla məşqçi Nikolas Seubenin işdən çıxarılmasını tənqid ediblər.
Qeyd edək ki, Kilian Mbappenin şirkəti “İnterconnected Ventures”, Liqa 2-də yer alan “Kan”ın səhmlərinin çox hissəsini alıb. Şirkət bunun üçün 15 milyon avro ödəyib. Buna baxmayaraq, klub uğur qazana bilməyib. “Kan” hazırda Liqa 2-də 16-cı yerdə qərarlaşıb.