Azərbaycanla BP arasında müzakirələr aparıldı

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə səmərəli əməkdaşıq və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparıb.

Metbuat.az xəbər verir ki, bu barədə M.Cabbarov "X" hesabında yazıb.

"Davos İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşmək xoş oldu. Şirkətin yaşıl enerji keçidində fəal təmsilçiliyi, ölkəmizlə səmərəli əməkdaşlığı və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr apardıq", - paylaşımda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı