"Neftçi" "Şamaxı"nı məğlub etdi

"Neftçi" Misli Premyer Liqasında "Şamaxı"nı məğlub edib.

Metbuat.az-ın məlumatına görə, Samir Abasovun baş məşqçisi olduğu kollektiv XXI turda 1:0 hesabı ilə qalib gəlib.

45+4-cü dəqiqədə Emin Mahmudov penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran Bakı klubu 7-ci pillədə qərarlaşıb. Qonaqlar 17 xalla 8-ci sıradadır.

Günün ilk matçında "Kəpəz" "Sabah"ı 3:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı