Avtomobil xarab oldu, yolda sıxlıq yarandı

Qeyri-pik saatda texniki nasaz avtomobilin yolda qalması nəqliyyat sıxlığına səbəb olub.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında texniki nasaz avtomobil yolda qalıb.

Bu səbəbdən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Hazırda avtomobilin yoldan götürülməsi və sıxlığın aradan qaldırılması işləri görülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı