Moskva Ukrayna ilə danışıqlara başlamaq üçün konkret təklif almayıb - Rusiya

Moskva Ukrayna üzrə danışıqlara başlamaq üçün məqbul təklif almayıb.

Metbuat.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin belə açıqlama verib. O “Sputnik” agentliyinə açıqlamasında Qərb ölkələri və Ukrayna ilə danışıqların başlayacağı ilə bağlı yayılan şayiələri dəyərləndirib. Qaluzinin sözlərinə görə, bu bəyanatlar Qərb və Ukrayna siyasətçiləri üçün onlara lazım olan atmosferi və ən sərfəli mövqeləri yaratmaq məqsədi daşıyır. O bildirib ki, dialoq çağırışları ilə yanaşı Rusiya qanuni maraqlarını nəzərə alan, böhranın əsas səbəblərini aradan qaldıran və yeni reallıqları qəbul etməyə hazır olan mövqe ortaya qoyulmalıdır.

Qaluzin Moskvanın indiyədək belə konkret təkliflər almadığını vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı