Onlayn nəzarət-kassa aparatları üzrə dövriyyə açıqlandı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə indiyədək 104.491 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən məlumat əldə edib.

Məlumata görə, cari ilin yanvar ayında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 2 milyard 20,9 milyon manat olub ki, bu göstərici 2024-cü ilin yanvar ayı ilə müqayisədə 16 faiz çoxdur.

Qeyd edək ki, Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı