Qeyri-qanuni mərc oyunlarını reklam etməkdə ittiham olunan türkiyəli müğənni Sərdar Ortaç məhkəmə qarşısına çıxıb.
Metbuat.az yerli KİV-ə istinadən xəbər verir ki, məhkəmə S.Ortaç barəsində 10 ay azadlıqdan məhrumetmə hökmü çıxarıb.
Qeyd edək ki, son dövrlərdə Türkiyədə qeyri-qanuni mərc oyunlarına qarşı ciddi hüquqi tədbirlər görülür və bu sahədə ictimaiyyətə təsir edən şəxslərin məsuliyyətə cəlb olunması diqqət mərkəzindədir.