Şimali Koreya lideri Kim Çen In müasir ordunun yaradılması barədə göstəriş verib.
Metbuat.az xəbər verir ki, o hərbi akademiyadakı çıxışında bildirib ki, ölkəsi bütün növ müharibələrlə mübarizə aparmaq üçün əla imkanlara malik olmalıdır. Çıxışında dünyada mövcud olan çətin təhlükəsizlik mühitinə diqqət çəkən Kim, hərbi təlimlərdə müasir texnologiya və metodların mənimsənilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Şimali Koreya əsgərləri ən son texnologiya silah və texniki avadanlıqlara yiyələnmək üçün təlimlər keçməlidir.
Kim bildirib ki, hərbi akademiya öz tarixini və ənənəsini müasir perspektivlə irəli aparmalı və bu Koreya İşçi Partiyasının ordunu gücləndirmə siyasətinin mühüm bir parçasıdır.