Tarixin ən dəli hökmdarları (FOTO)

Tarixin ən dəli hökmdarları (FOTO)
01:16 20 Yanvar 2015
183 Digər
Ölkə mətbuatı
A- A+

Bir çox hökmdar yaşadıqları və davranışları ilə tarixə adını "dəli" olaraq yazdırıb.

ANS PRESS qəribə xasiyyətləri və qərarları ilə günümüzə qədər adından söz etdirən hökmdarlarla sizi tanış edir.

Bavariya şahzadəsi Aleksandra Amaliye
Şahzadə həddən artıq təmizlik xəstəsiydi. Bu üzdən də ömrü boyu ancaq və ancaq bəyaz paltarlar geyinərdi.

Avstriya imperatoru I Ferdinand
Epilepsiya xəstəsi olan kral taxta çıxdığı zaman “Mən kralam və ətdən hazırlanmış yemək istəyirəm” söylərəyək ilk əmrini verib.

Fransa kralı VI Çarlz
Fransa kralı sümüklərinin şüşədən olduğuna inanırdı. VI Çarlz özünü “sındırmamaq” üçün dərzilərə geyindiyi paltarların astarları altından dəmir çubuklar bərkitmələrini əmr edirdi.

Almaniya şahzadəsi Mariya Eleanora
Şahzadə ərinin cəsədini 15 ay dəfn etməyib. Bu azmış kimi ərinin ürəyini ləl-cəvahirət qutusunda saxlayıb, doğma qızını isə xüsusi maddələr içərək aylarla yatmağa məcbur edib.

Almaniya kralı Otto Bavariya
Kralın bir neçə xəyali dostları varmış və onlarla müxtəlif söhbətlər edərmiş. Alman kral qapılara qarşı xüsusi zəifliyi vardı. O, bağlı qapılara nifrət bəsləyirdi.

Valaxiya knyazı III Vlad
III Vlad xüsusi qəddarlığıyla tanınıb. Onun ləqəbi “Drakula Vlad” olub. Qalib gəlməsinə və məğlub olmasına baxmayaraq götürdüyü əsirləri qalın ağac kötüklərinə keçirtməklə öldürtdürürdü.

İspaniya kraliçası Xuana
Şahzadə vəfat edən ərinin məzarını dəfələrlə açdıraraq cəsədin qalıqlarını öpüb, qoxlayıb və əzizləyirmiş.

İsveç kralı XIV Erik
XIV Erik gerçək bir paranoyaktı. Davamlı taxtının ələ keçiriləcəyini düşünürdü buna görə eşidə biləcəyi uzaqlıqda gülümsəyən, fısıldaşan bir çox insanı edam etdirdi.

Rus çarı I Fyodor
İki yaşlı qızının vəfatından sonra çar bütün Rusiya ərazisini gəzintiyə çıxıb. O, gəzinti zamanı qarşısına çıxan bütün kilsələrin zənglərini çalıb.



















Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR