Səudiyyə Ərəbistanı Ramazan ayında müqəddəs məkanları ziyarət edənlərin sayı barədə açıqlama verib.
Metbuat.az xəbər verir ki, Ramazan ayında 122 milyon müsəlman Məkkədəki Məscidül-Haramı və Mədinədə Məscid-i Nəbəvini ziyarət edib. Məscidül-Həram və Məscid-i Nəbəvi İşləri Baş Rəyasət Heyətinin açıqlamasına görə, Ramazan ayında Kəbənin də daxil olduğu Məkkədəki Məscidül-Haramı və Mədinədə Məscidül-Nəbəvini 122 milyon 286 min 712 nəfər ziyarət edib. Ramazan ayında 16 milyon 558 min 241 nəfər ümrə ziyarəti edib.
Bundan əlavə, Ramazan ayında Məscidül-Həramda 75 milyon 573 min 928 müsəlman, Məscidül-Nəbəvidə isə 30 milyon 154 min 543 müsəlman namaz qılıb.