Səudiyyə Ərəbistanının “Əl-Nəssr” komandasının futbolçusu Kriştiano Ronaldo klubdan ayrıla bilər.
Metbuat.az xəbər verir ki, komandasının bu mövsüm kubok qazana bilməməsi portuqaliyalı oyunçunun yeni təklifləri nəzərdən keçirməsinə səbəb olub. İddia edilir ki, Ronaldo ilə “Əl-Nəssr” arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar “Əl-İttihad”a 2:3 hesablı məğlubiyyət və “Əl-Nəssr”in AFC Çempionlar Liqasının yarımfinalında “Kavasaki Frontal”ə məğlub olmasından sonra dayandırılıb. Xəbərdə deyilir ki, Ronaldo yeni mövsümdə Səudiyyə Ərəbistanının başqa komandasında oynaya bilər.
Qeyd edək ki, Kriştiano Ronaldo karyerasını yekunlaşdırmazdan əvvəl 1000 qola imza atmaq istədiyini dəfələrlə bəyan edib və hazırda onun 934 qolu var.