Moldova Prezidenti Maya Sandu Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvilini Respublika ordeni ilə təltif edib.

Metbuat.az xəbər verir ki, fərman Gürcüstanın Müstəqillik Gününü qeyd etdiyi mayın 26-da dərc edilib.

Qeyd edək ki, Respublika ordeni Moldovanın ali dövlət mükafatıdır.