Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu yeni müqavilə imzalamaq barədə razılığa gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə Fabritsio Romano sosial media hesabında açıqlama verib. O bildirib ki, tərəflər 1+1 formatında müqavilə imzalamaq barədə razılığa gəliblər.
Qeyd edək ki, bundan əvvəl “Əl-Nəsr” klubunun Kriştiano Ronaldoya illik 200 milyon avro təklif etdiyi barədə xəbərlər dərc edilmişdi. Həmçinin, “Əl-Nəsr”in Ronaldoya klubun səhmlərindən verəcəyi irəli sürülüb.