Bakı, 9 iyun, Laçın Sultanova, AZƏRTAC
Litvanın Mariaympole şəhərində “Vikinq” kombinə edilmiş qatarda yüklərin daşınmasına dair layihə müzakirə edilir. Ukrayna, Belarus və Litvadan keçən bu marşrut Baltik regionunun dəniz konteyner və kontreyler xətləri zəncirini Qara dəniz, Aralıq dənizi və Xəzər dənizinin analoji sistemi ilə birləşdirir.
AZƏRTAC Belarus KİV-lərinə istinadla bildirir ki, müzakirə XI Litva-Belarus iqtisadi forumu çərçivəsində “Nəqliyyat və logistika sahəsində əməkdaşlıq” mövzusunda seksiyada aparılır.
“Vikinq” layihəsinin iştirakçıları marşrutun Türkiyə istiqamətində, oradan da Azərbaycana və Xəzər dənizi vasitəsilə Qazaxıstana uzadılması perspektivi üzrə iş aparırlar. Bu, yüklərin daşınma həcmini və qatarın yola düşməsi tezliyini artırmağa imkan yaradacaq. “Vikinq” layihəsi iştirakçılarının bu ilin aprel ayında keçirilmiş iclasında ona Gürcüstan dəmir yolu da qoşulub.
“Vikinq” qatarı Litva, Ukrayna və Belarus dəmir yollarının, Klaypeda, İlyiçevsk və Odessa şirkətlərinin birgə layihəsidir. Onun müntəzəm fəaliyyəti 2003-cü il fevralın 6-dan başlayıb.