Beyləqanda 16 yaşlı sakin kanalda batıb.
Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Xanqızı kanalının rayonun ərazisindən keçən hissəsində baş verib.
Rayonun Eyvazallar kənd sakini Qasımov Əkbər Nizami oğlu kanalda çimərkən batıb.
Hazırda aidiyyatı üzrə qurumlara məlumat verilib.
Faktla bağlı araşdırma başlanıb.