Oğuzda bədbəxt hadisə nəticəsində Qəbələ sakini ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xalxal kəndində, meşə ərazisində qeydə alınıb.

Qəbələ rayonu Abrıx kənd sakini, 1991-ci il təvəllüdlü Elnur Şümüd oğlu Mustafayev meşəlik ərazidə üzərinə ağac düşməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.