Azərbaycan Televiziya və Radio Verilişləri QSC nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında rektor vəzifəsinə yeni təyinat olub.
Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, bu vəzifəyə Almaz Mahmud (Nəsibova) təyin edilib.
Almaz Mahmud Teleradio Akademiyasında prorektor vəzifəsində çalışırdı. Filologiya üzrə fəlsəfə doktoru olan Almaz Mahmud 20-dən çox məqalə və kitabın müəllifidir.