Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Komanda noyabrın 13-dən 16-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Komanda noyabrın 17-dən 24-dək Moldovanın paytaxtı Kişineuda təşkil olunacaq UEFA İnkişaf Turnirində 3 oyun keçirəcək.

Yekun heyət noyabrın 17-də müəyyənləşəcək.