Fransa telekanallarında Azərbaycana dair reklam kampaniyasını 100 milyondan artıq tamaşaçı izləyib

16:32 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 16:30 ]

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə Fransanın “TV5 Monde” və “France24” telekanallarında keçirilmiş Azərbaycana dair reklam kampaniyasını 100 milyondan artıq tamaşaçı izləyib.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, reklam çarxı ən baxımlı vaxtlarda 378 dəfə nümayiş etdirilib: “Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, yuxarıda təqdim edilən izləyici sayında 2013-cü illə müqayisədə 15% artım müşahidə olunur. 2014-cü ildə adı çəkilən televiziya kanalında ölkəmizin reklam çarxı 18 həftə yayımlanıb. Artıq 25 ildir fəaliyyət göstərən "TV5 Monde" telekanalı tək Fransada deyil, dünyada 200-ə yaxın ölkədə yayımlanmaqdadır. Qeyd olunan Azərbaycana dair reklam çarxı həmçinin "France24" telekanalında da yayımlanıb”.

 

Nazirlikdən əlavə ediblər ki, Fransa və digər fransızdilli turistlərin cəlb edilməsinin vacibliyini nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi adı çəkilən telekanallarla danışıqları davam etdirir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367253

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR