"Qırmızı terrorun qara siması"

"Qırmızı terrorun qara siması"
14:48 20 Yanvar 2015
119 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Pakistanın “Pakistan in the World” qəzetində 20 Yanvar faciəsinə həsr olunmuş “Qırmızı terrorun qara siması” adlı məqalə dərc olunub.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məqalədə Sovet İttifaqının Azərbaycana qarşı 70 illik işğalına 20 Yanvar 1990-cu il tarixində son qoyulduğu və həmin gecə sovet qoşunlarının xəbərdarlıq etmədən Bakıya daxil olduğu və nəticədə 133 nəfər mülki vətəndaşın xüsusi amansızlıqla qətlə yetirildiyi, 611 nəfərin yaralandığı qeyd olunub. Məqalədə o da qeyd olunur ki, "Human Rights Watch" bu aksiya zamanı əsgərlərin hətta tibbi personala, tibb müəssisələrinə və təcili tibbi yardım maşınlarına da təcavüz etdiyini qeyd edib və öz bəyanatında bu aksiyanın əsl məqsədinin təkcə azərbaycanlılara deyil, müstəqillik arzusunda olan digər xalqlara da dərs vermək olduğunu bildirib.

Yazıda, həmçinin sovet rəhbərliyi tərəfindən dəstəklənən Ermənıstanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürdüyü, Dağlıq Qarabağı Azərbaycandan qopartmaq məqsədilə Qarabağda xüsusi idarəetmə üsulunun tətbiq edildiyi, Ermənıstan SSR Ali Soveti tərəfindən isə Dağlıq Qarabağın Ermənıstana birləşdirilməsi haqqında qərar qəbul olunduğu və bir sıra digər qanunsuz hərəkətlərin edildiyi bildirilib. Eyni zamanda, Ermənıstanda yaşayan on minlərlə azərbaycanlının öz evindən didərgin salındığı vurğulanıb.

Məqalədə, yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olduğu, qətliamın Azərbaycan xalqının əzmini qıra bilmədiyi və 18 oktyabr 1991-ci ildə Azərbaycanın öz siyasi müstəqilliyini elan etdiyi qeyd olunub.

Yazıda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 16 dekabr 1999 il tarixli fərmanı ilə 20 yanvar qurbanlarına “20 Yanvar şəhidləri” statusunun verildiyi vurğulanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR