“Qarabağ” bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə cavab oyununda üz-üzə gələcək.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matç CBC Sport kanalında canlı yayımlanacaq.

İlk görüşdə Kiyev təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.