Braziliyanın “Atletiko Mineyro” klubu “Fənərbaxça”nın yarımmüdafiəçisi Fredin transferi ilə bağlı razılığa gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə transfer insayderi Fabritsio Romano məlumat yayıb. Məlumata görə, Braziliya klubu 33 yaşlı futbolçu üçün “Fənərbaxça”ya 2 milyon avro ödəyəcək. Razılaşmaya əsasən, transfer üzrə 500 min avro bonus da nəzərdə tutulub. Fred “Atletiko Mineyro” ilə 3,5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi 2023-cü ildə “Mançester Yunayted”dən 9,7 milyon avro qarşılığında “Fənərbaxça”ya transfer olunmuşdu.