Premyer Liqada 2026/2027 mövsümünə start verilib.

Metbuat.az-ın məlumatına görə, I turun açılış matçında "Turan Tovuz" "Qəbələ"ni qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Matçda yeganə qolu 35-ci dəqiqədə Enrike Silva vurub.

Qeyd edək ki, Premyer Liqada I turun digər oyunları 15, 16 və 17 avqustda keçiriləcək.