Türkiyədə dollar və avronun məzənnəsində artım davam edir. Türk lirəsinin xarici valyutalar qarşısında dəyər itirməsi fonunda 1 dollar 48 lirə həddinə yaxınlaşıb, avro isə tarixi rekord səviyyələrdən geri çəkilib.

Metbuat.az xəbər verir ki, həftənin ikinci əməliyyat günündə sərbəst bazarda dollar/TL məzənnəsi 0,1 faiz artaraq 47,9210 lirəyə yüksəlib. Nağd valyutanın satıldığı Qapalıçarşı və valyutadəyişmə məntəqələrində isə bir dolların qiyməti artıq 48 lirə həddinə çatıb.

Avro/TL məzənnəsi də yüksək səviyyədə qalır. Dünən 55,67 lirəyə yüksələrək tarixi rekord müəyyənləşdirən avro bu gün 55,48 lirə səviyyəsində qərarlaşıb.

Bazar iştirakçıları Türkiyə Mərkəzi Bankının lirənin inflyasiya ilə paralel şəkildə dəyər itirməsinə daha çox şərait yarada biləcəyini bildirirlər. Bunun KOB-ların kreditlərə çıxışının asanlaşdırılması və faizlərin aşağı salınması məqsədi daşıdığı iddia olunur.

Analitiklər mümkün siyasəti "seçki iqtisadiyyatının ilk siqnalları" kimi qiymətləndirirlər.