İstanbulun Adalar rayonu yaxınlığında ardıcıl iki zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasından məlumat verilib. Bildirilib ki, ilk zəlzələnin saat 17:33-də 2,3 maqnitudada baş verib. Zəlzələnin ocağı 9,9 kilometr dərinlikdə yerləşib.

Təxminən 10 dəqiqə sonra, saat 17:43-də Adalar yaxınlığında 3,2 maqnitudalı ikinci zəlzələ qeydə alınıb. Bu zəlzələnin ocağı isə 11,4 kilometr dərinlikdə olub.