Bu ilin yanvar-iyul aylarında Azərbaycan 32 milyon dollar dəyərində 40,5 min ton xurma ixrac edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,6% azdır.

Hesabat dövründə xurma ixracı Azərbaycanın ümumi ixracının 0,17%-ni təşkil edib.