Türkiyənin məşhur "Yeşiçam" aktyoru Coşkun Göyenin son görüntüləri diqqət çəkib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, filmlərdə əsasən mənfi obrazları canlandıran və tamaşaçıların “Təcavüzçü Coşqun” kimi tanıdığı aktyor hazırda 81 yaşındadır.
1998-ci ildə film çəkilişi üçün getdiyi Antalyada məskunlaşan Göyen uzun illərdir bu şəhərdə yaşayır. O, aktyorluqla yanaşı, Antalya Bilen Otelinin çimərlik klubunda animasiya rəhbəri kimi də çalışıb.
Aktyor bildirib ki, KOAH (Xroniki Obstruktiv Ağciyər Xəstəliyi) səbəbindən təxminən bir ildir işləyə bilmir. Buna baxmayaraq, otelin sahibi ona dəstəyini davam etdirir və hər ay 50 min lirə maaş ödəyir. Göyen hazırda Antalya şəhərində 85 kvadratmetrlik evində yaşayır.
Yeşilçamın bir çox məşhur siması ilə eyni filmlərdə rol alan aktyor xüsusilə Kemal Sunal, Cüneyt Arkın və Kadir İnanırla bağlı xatirələri ilə də tanınır. Onun son görüntüləri isə sosial şəbəkələrdə və Türkiyə mediasında maraqla qarşılanıb.