Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək.

AFFA-dan Metbuat.az-a verilən məlumata görə, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Andorra yığması ilə səfərdə qarşılaşacaq.

Görüş noyabrın 16-da Enkam inzibati bölgəsində yerləşən “Estadi de la FAF” stadionunda olacaq.