Giresunda yüksək gərginlik xətləri ilə bağlı iş aparan helikopterin qəzaya uğraması barədə yayılan xəbər təsdiqlənməyib.

Metbuat.az xəbər verir ki, Giresun valisi Mustafa Koç bildirib ki, bölgədə aparılan araşdırmalar zamanı hansısa hava vasitəsinə rast gəlinməyib.

15:40

Türkiyənin Giresun vilayətinin Piraziz rayonunda yüksək gərginlik xətləri ilə bağlı iş aparan helikopter qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Helikopterin qəzaya uğrama səbəbi hələlik məlum deyil.