İranda ölkənin enerji ehtiyatlarını əhəmiyyətli dərəcədə artıracaq yeni təbii qaz yatağı aşkarlanıb.
Metbuat.az xəbər verir ki, bunu İranın neft naziri Möhsün Paknejad bildirib.
O, Fars vilayətinin cənubunda yerləşən yataqda 7,5 trilyon kub futdan çox təbii qaz ehtiyatının olduğunu açıqlayıb.
Məlumata görə, yataqdakı qazın təxminən 5,7 trilyon kub futunun hasil edilə biləcəyi hesablanır.